​“Wi-Fi”-dən 100 dəfə sürətli internet... - “Li-Fi”

​“Wi-Fi”-dən 100 dəfə sürətli internet... - “Li-Fi”
09.10.2017 11:42
A- A+

Çinli alimlər “Wi-Fi”-dən 100 dəfə sürətli “Li-Fi” sistemini yaradıblar.

Pronews.Az   bildirir ki, yeni sistemin hazırlanmasında istifadə olunan “Nano” karbon materiallar istifadəçilərə sürətli və təhlükəsiz internet xidməti təklif edəcək.

Çinin Mərkəz Televiziyasının (CCTV) xəbərinə görə, yeni sistem nadir elementlərdən hazırlanıb. Radio dalğaları ilə məlumat ötürən “Wi-Fi” sistemindən fərqli olaraq, “Li-Fi” məlumatı led lampalar vasitəsilə göndərəcək. Bu da internet üzərindən sürətli gəzintini tam təmin edəcək .

Yeniliyin mənfi tərəfi, yalnız işığın yayıla bildiyi ərazilərdə çalışa bilməsidir. Yəni, divar “Wi-Fi”-dən fərqli olaraq, “Li-Fi” üçün əngəl yaradacaq. Bu da yeniliyin sadəcə ofis, ev və qapalı məkanlarda istifadəsinə şərait yaradacaq.

"Li-Fi"-nin növbəti 6 ildə dünya bazarına daxil olması gözlənilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.