“Twitter” limiti artırır

“Twitter” limiti artırır
27.09.2017 14:11
A- A+

“Twitter” mikrobloqlar xidməti məlumatlardakı limitin 280 işarəyə qədər artırılması üzərində işləyir. 

pronews.az lent.az-a istinadən xəbər verir ki, hazırda “Twitter”dəki məlumatlar 140 işarə ilə məhdudlaşır.

Şirkətin məlumatında deyilir ki, hələlik “Twitter” yeni funksiyanı test rejimində kiçik bir istifadəçi əhatəsi üçün işə salıb. 

Bu yeniliyin həyata keçirilməsi digər dillərlə müqayisədə, yapon, çin və Koreya dillərində olan "twit"lərdə 140 işarədə daha çox məlumatın ötürülməsi ilə izah edilir.

“Biz bilirik ki, planetdəki hər bir insan özünü “Twitter”də asanlıqla ifadə edə bilir.  Bunun üçün də biz yenilik tətbiq  edirik. Biz bu limiti 280 işarəyə qədər artıracağıq”, - deyə məlumatda bildirilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.