Texnologiya bazarının həcmi bu qədərdir

Texnologiya bazarının həcmi bu qədərdir
04.10.2017 17:56
A- A+

“Gartner” şirkətinin analitikləri ümumilikdə informasiya texnologiya bazarını qiymətləndirmək qərarına gəliblər.

Pronews.Az Lent.az-a istinadən xəbər verir ki, gələn il İT sahəsində dünya üzrə xərclər 3,658 trilyon dollar təşkil edəcək ki, bu da bu ilin göstəricilərini 4,3 faiz üstələyir. 

Rabitə istiqaməti daha çox xərc aparan sahə olaraq qalır və bu il 1,387 trilyon dollar təşkil edir. Analitiklər proqnozlaşdırır ki, cari ildə proqram təminatına xərclər 8,5 faiz, gələn il isə daha 9,4 faiz artaraq, 387 milyon dollara çatacaq.

Gələn il İT-xidmətlərə xərclər 980 milyon dollar təşkil edəcək ki, bu da cari ilin göstəricilərindən 5,3 faiz üstün olacaq.

Gözlənilir ki, aparat seqmenti iki ildə ilk dəfə olaraq artım nümayiş etdirəcək. Cari ilin nəticələrinə görə, bu rəqəm 5,3 faiz olacaq, gələn il daha 5 faiz artacaq. Bu isə premium smartfonların qiymətinin artımı ilə bağlı olacaq. 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.