“Samsung” “Galaxy S8”dən çox “iPhone X”ın satışından qazanacaq

“Samsung” “Galaxy S8”dən çox “iPhone X”ın satışından qazanacaq
02.10.2017 23:46
A- A+

Ötən günlərdə “Apple”ın 10-cu ilə əlaqədar olaraq təqdim edilmiş “iPhone X” smartfonu, əzəli rəqibi Cənubi Koreyanın “Samsung” şirkətinə də qazandıracaq.

Pronews.Az Marja-ya istinadən xəbər verir ki, “Apple”ın OLED ekranlarının və çiplərinin tədarükçüsü olan Cənubi Koreya şirkəti hər bir “iPhone X” satışından110 dollar əldə edəcək.

“Counterpoint Technology Market Research”un təhlilinə görə, ilk 20 ay ərzində “Samsung” öz modeli “Galaxy S8”dən daha çox “iPhone X”a ehtiyat  hissələri tədarükündən qazanacaq (4 milyard dollar).

“Apple”ın 130 milyon “iPhone X” satacağı və “Samsung Galaxy S8” modelinin qlobal satışının 50 milyon ədəd olacağı gözlənilir.

“S&P Global Market Intelligence”a görə Çin bankları xaric, 2017-ci ildə dünyanın ən mənfəətli iki şirkəti “Samsung” və “Apple” olacaq.

“Samsung” NAND flaş yaddaşını istehsal edən az saydakı yarımkeçirici tədarükçülərindən biridir, həmçinin “iPhone X”da istifadə olunan OLED panelin  istehsalçısıdır.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.