ABŞ-dakı hər ikinci müəssisə kiberhücumun qurbanı olub

ABŞ-dakı hər ikinci müəssisə kiberhücumun qurbanı olub
30.09.2017 14:26
A- A+

"Munich Re" şirkətinin mütəxəssislərinin keçirdiyi tədqiqatın nəticələrinə əsasən, ötən il ABŞ müəssisələrinin 53 faizi kiberhücumun qurbanları olub. 

Pronews.Az Lent.az-a istinadən xəbər verir ki, hücumların daha çox yayılmış nəticələri məlumatların itirilməsi və müəssisənin işində fasilələrin yaranmasıdır. Onlar müvafiq olaraq 60 və 55 faiz hallarda baş verib. 

Bununla belə, zərərçəkən şirkətlərin 74 faizi hər bir mübahisənin araşdırılması, bərpa, proqram və aparat cihazlarının dəyişdirilməsi, həmçinin hücumun digər nəticələrinin aradan qaldırılması üçün 5 000 dollar xərcləməyə məcbur olub. Bir çox hallarda isə müəssisələrin 38 faizi 50 000 dollardan çox, 10 faizi 100 000 dollardan 250 000 dollara qədər, 7 faizi isə 250 000 dollardan çox vəsait sərf ediblər.  

Daha çox hücum aləti kimi viruslar da daxil olmaqla ziyanverici proqram təminatı çıxış edib. Hücumların böyük hissəsi həmçinin DDoS hücumların və möhtəkir proqram təminatlarının payına düşür. 13 faiz hallarda kibercinayətkarlar sosial mühəndisliyin metodlarından istifadə ediblər. 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.