Müəllim işləmək istəyənlər üçün ŞAD XƏBƏR

Müəllim işləmək istəyənlər üçün ŞAD XƏBƏR
29.08.2017 02:55
Təhsil 32
A- A+

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlər üçün əlavə yerləşdirmə keçirəcək.

Məlumata görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələyə 7 sentyabrdan start veriləcək.

Müraciət edənlərin seçimləri sentybarın 7-8-də aparılacaq. Sonrakı bir neçə gün ərzində nəticələr elan ediləcək.

Qeyd edək ki, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.

Müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.

Ümumilikdə bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib./Trend/


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.