Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq

Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq
22.09.2017 21:50
Təhsil 56
A- A+

Azərbaycan məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq.

PRONEWS.AZ -ın APA-ya istinadən xəbərinə görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hər il IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır: "Lakin bu, məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi üçün kifayət deyil. Bu istiqamətdə təhsil naziri qarşıya belə bir məqsəd qoydu ki, məktəblərin reytinq cədvəli hazırlanarkən yalnız buraxılış imtahanlarının nəticələrinə görə deyil, digər nailiyyətlər də nəzərə alınsın. Bu məqsədlə tapşırıq verilib ki, reytinqin müəyyənləşməsi üçün digər meyarlar, göstəricilər işlənib hazırlansın və məhz həmin göstəricilər təhlil edildikdən sonra bütün məktəblər üzrə reytinqlər müəyyənləşsin.

Hazırda nazirliyin aidiyyəti şöbələri bu işlərə başlayıb və belə bir göstəricilər sistemi işlənib hazırlandıqdan sonra reytinq cədvəlləri bu meyarlar əsasında hazırlanacaq”.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.