Dövlət qulluğuna qəbulla bağlı - Sınaq imtahanları

Dövlət qulluğuna qəbulla bağlı - Sınaq imtahanları
05.10.2017 12:34
Təhsil 51
A- A+

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir.

Mərkəzdən Pronews.Az  verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb və 3 saat müddətində aparılacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

İmtahanların gedişini internet vasitəsilə izləmək mümkündür. Bunun üçün http://94.20.63.11:1991 ünvanına daxil olub istifadəçi adı yerinə operator, şifrə yerinə isə user12345 yazmaq lazımdır.

Qeyd edək ki, brauzer kimi yalnız İnternet Explorer proqramından istifadə etməlisiniz.

Video müşahidə yalnız imtahan saatlarında mümkün olacaq (10:00-dan 13:00-a qədər).


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.