Aydın Mirzəzadə: Universitetin hicaba qadağa qoyması doğru deyil

Aydın Mirzəzadə: Universitetin hicaba qadağa qoyması doğru deyil
23.09.2017 16:29
Təhsil 55
A- A+

“Mingəçevir Dövlət Universitetinin hicaba qadağa qoyması doğru deyil”.

PRONEWS.AZ  xəbər verir ki, bunu Report-a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın MirzəzadəMingəçevir Dövlət Universitetində hicablı tələbələrin auditoriyalara daxil olmasına qoyulmuş yasaqla bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu qərar Azərbaycan Konstitusiyası ilə uzlaşmır: “Ölkə Konstitusiyasında vətəndaşlarımızın hüquq və azadlıqları ilə bağlı bütün məsələlər tam əksini tapıb. Azərbaycan müasir, demokratik və tolerant bir dövlətdir. İnsanlar inanclarında, düşüncələrində və geyim seçməkdə tam sərbəstdirlər. Doğrudur, Mingəçevir Dövlət Universiteti zəngin ənənələri olan böyük elm mərkəzidir. Amma bu belə təhsil müəssisəsinə vətəndaş haqları ilə uyğun gəlməyən qərarlar verməyə haqq vermir. Onların geyim məsələsində ortaya qoyduğu niyyət yalnız tövsiyə xarakteri daşıya bilər. Bu baxımdan gəncləri haqlı hesab edir və tələbələrin tərəfində olduğumuzu bildiririk”.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.