"Ala, evdə məni nadayet eliyiblər, qırıl..." - Azərbaycan dərsliyində BİABIRÇILIQ

"Ala, evdə məni nadayet eliyiblər, qırıl..." - Azərbaycan dərsliyində BİABIRÇILIQ
22.09.2017 13:02
Təhsil 36
A- A+

Orta məktəblərdə tədris olunan 8-ci sinfin Azərbaycan dili dərsliyində yerləşdirilmiş bir mətn valideynlərin etirazına səbəb olub.

PRONEWS.AZ  xəbər verir ki, həmin mətndə vulqar sözlər işlədilib və uşaqlara normal mətnlə müqayisə etmək üçün təqdim olunub.

Valideynlər dərslikdə uşaqlara təqdim edilən bu mətnə etiraz edərək sosial şəbəkələrdə paylaşıb.

Həmin mətni təqdim edirik:

Həsən və Mehdi söhbət edir:

- Alə, axşam gedey gezmeyə?

- Hara, brat?

- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutaruğ.

- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırrığlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar ey...

- Karoçi, gedirsən, getmirsən?

- Yox da, qırıl, dedim, dərsə gedirəm.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.