Aygün Kazımova mətbuat konfransı keçirdi

Aygün Kazımova mətbuat konfransı keçirdi
21.09.2017 01:46
A- A+

Xalq artisti Aygün Kazımova 22 sentyabr tarixində "Baku Crystal Hall"da baş tutacaq "Aygün 30 il" konserti ilə bağlı mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, konfransda konsertin musiqi prodüseri, əməkdar artist Rəşad Həşimov, məşhur fransız xareoqraf və rejissor Redha Benteifour, rejissor assistenti Nataliya, xalq artisti ilə xareoqrafiya üzərində xüsusi məşğul olan Françesko iştirak edib.

Müğənninin meneceri jurnlist Aynur Hacıyeva konsertin milyonluq layihə olduğunu bildirib: "Bu gün böyük bir layihənin təqdimatını keçiririk. Milyonluq layihədir. Buna görə də, özümü və sizləri təbrik edirəm. Təbii ki, milyonluq layihədirsə, bu, Aygün xanımın adı ilə bağlı olmalıdır. Bu iş üzərində 60-70 nəfərlik beynəlxalq komanda çalışır. Onların bir hissəsi distant çalışır, digər hissəsi isə hazırda Azərbaycandadır".

Daha sonra Aygün Kazımova konsert haqda məlumat verib: "Repertuarımızı sadalamaq istəmirəm. Amma deyə bilərəm ki, 30 il ərzində ifa etdiyim və tamaşaçılar tərəfindən ən çox sevilən mahnılar olacaq. Yaxın dostum, sənətdə demək olar ki, birlikdə addımladığım Rəşad bəylə repertuar seçimimiz çox çətin oldu. Çünki qəbul olunmuş format var. Bu konsertimin 22 sentyabırda olması təsüdüf deyil. Bu rəqəm məni hər an, hər dəqiqə izləyir. Və bu rəqəmin uğurlu olacağına əminəm.”


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.