Qarındakı piy qatlarını yox edən QATIQ-QARABAŞAQ QARIŞIĞI

Qarındakı piy qatlarını yox edən QATIQ-QARABAŞAQ QARIŞIĞI
24.09.2017 20:40
A- A+

İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar, viruslar, infeksiyalar və zərərli maddələr yığılır. Həmçinin, düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır. Buna görə də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir kimi olduqca vacib şərtlərdən biridir.

 

pronews.az  "modern"-a istinadən orqanizmin təmizlənməsinin ən sadə üsulunu təqdim edir.

 

Bu üsulla orqanizmin təmizlənməsi prosedurunu həyata keçirmək üçün qatıq, yaxud kefir və qarabaşaq unundan istifadə olunur.

 

Bir xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür, yağlılıq dərəcəsi az olan qatığa, yaxud kefirə əlavə olunaraq qarışdırılır. Bu qarışığı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq lazımdır. Səhərlər acqarına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

 

Kursun müddəti 14 gündür. Daha effektli nəticə əldə etmək üçün bir ay fasilə verdikdən sonra kursu təkrar etmək tövsiyə edilir.

 

Qatıq və qarabaşaq ununun qarışığı orqanizmə necə təsir edir?

 

1. Bağırsaq və damarlar zərərli maddələrdən təmizlənir

 

2. Maddələr mübadiləsi ilə bağlı problemlər aradan qalxır

 

3. Mədəaltı vəzin fəaliyyəti yaxşılaşır

 

4. Qanda şəkərin miqdarı normallaşır

 

5. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir

 

6. Piylənməyə qarşı mübarizə aparır

 

7. Orqanizmin vaxtsız qocalma prosesini ləngidir

 

 

Bu vasitə sağlam arıqlamaq, artıq çəkidən, qarındakı piy qatlarından qurtulmaq  istəyənlər üçün unikal bir vasitədir.

 

Göründüyü kimi, qatıq və qarabaşaq ununun qarışığını hazırlamaq və tətbiq etmək çox asan, sadə, hər kəs üçün əlçatandır. Ən baçlıcası isə onun heç bir əks göstəricisi yoxdur.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.