İnstagram ulduzunun yalanı faş oldu

İnstagram ulduzunun yalanı faş oldu
17.09.2017 00:06
A- A+

Avstraliyalı model, hüquq təhsili almış Piya Mülenbek İnstagram ulduzlarından biridir.

Onun İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı 2 milyonu keçib.

Pronews.Az Daily Mail-ə istinadən bildirir ki, P.Mülenbek profilində yeni, yarıçılpaq fotolarını paylaşıb.

O, vücudunun təbii gözəllik "nəticəsi" olduğunu, heç bir plastik cərrahiyyə əməliyyatına məruz qalmadığını iddia edir.

Lakin ekspertlərin və plastik cərrahların dediklərinə görə, P.Mülenbek indiyədək dəfələrlə plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb.

Avstraliyanın ən populyar kosmetik cərrahlarından biri, professor Ceremi Hant deyib: "Bu modelin burnu, dodaqları, yanaqları, habelə vücudunqun müxtəlif yerləri plastik cərrah müdaxiləsinə məruz qalıb".


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.