Dərini canlandırmaq üçün -MASKA

Dərini canlandırmaq üçün -MASKA
21.09.2017 02:58
A- A+

İnsan bədəninin ən önəmli toxumalarından biri olan dəri səthində bəzən cansız ya da solğun gürüntü yarana bilir.

PRONEWS.AZ xəbər verir ki, dəriniz cansız və sağlıqsız görünürsə, köməyinizə xiyar maskası gələcək.

Maska bir ədəd xiyar və bir neçə ədəd quru ya da təzə nanə yarpağı ilə hazırlanır. Əvvəlcə, xiyarın qabığını soyub sürtgəcdən keçirin. Daha sonra nanə əlavə edib qarışdırın. Maskanı üzünüzə çəkib 15 dəqiqə saxlayın. 15 dəqiqədən sonra dərinizi yaxşıca təmizləyin.

Qeyd edək ki, maskanı həftədə 3 ya da 4 dəfə tətbiq edə bilərsiniz.

Həmişə gözəllikdə!


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.