Putin ABŞ-a qasırğa ilə cavab verdi – Meteoroloji silah dəhşəti

Putin ABŞ-a qasırğa ilə cavab verdi – Meteoroloji silah dəhşəti
11.09.2017 14:34
A- A+

Putin ABŞ-a qasırğa ilə cavab verdi – Meteoroloji silah dəhşəti.


Bunu Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bir neçə gün öncə NASA ekspertlərinin planetde yerləşən supervulkanlardan hər birinin püskürmə ehtimalı olduğu məsələsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, yaxın 30-40 ildə hava şəraiti ilə bağlı proqnoz vermək düzgün deyil:

“Ümumiyyətlə, belə hava proqnozunu vermək düzgün deyil. Əgər biz 1 həftəlik hava proqnozunu düzgün verə bilmiriksə, necə olur ki, 30-40 ilə Yer kürəsində vulkanların oyanacağı və ya aləmi su basacağı barədə proqnoz verilir? Son vaxtlar planetdə daşqınların, sellərin sayı artıb. Bunun da səbəbi ABŞ və Rusiyada olan meteoroloji silahdır. Bu silahlardan istifadə etməklə havanı dəyişirlər. 2010-cu ildə Rusiyada 3 ay müddətində baş verən dəhşətli isti zamanı Putin Amerikaya ultimatum göndərdi ki, sərhədi aşmayın, sərhədi aşsanız, başınız ağrıyacaq. Onun da qarşılığında Rusiya Amerikaya dalbadal qasırğayla cavab verdi”.

Qeyd edək ki, bir neçə gün öncə NASA ekspertləri planetde yerləşən supervulkanlardan hər birinin püskürmə ehtimalı olduğunu bildiriblər. Məlumatda Yer kürəsində belə 20 supervulkan olduğu və onlardan hər hansı birinin püskürməsinin planet üçün çox ciddi təhlükə olduğu vurğulanıb. Ekspertlər bunlar sırasında ən təhlükəli vulkanın “Yellostoun” olduğunu bildiriblər.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.