Prezident islam ölkələrinə səsləndi: İnanmayın!

Prezident islam ölkələrinə səsləndi: İnanmayın!
11.09.2017 02:28
A- A+

Ermənistan müsəlman ölkələri ilə əlaqə yaratmağa çalışır, amma bu sözlərə inanmamalıyıq.

Pronews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən bugünkü sammitində deyib.

“Müqəddəs yerlərimizi məhv edən Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. Xatırladım ki, Ermənistan Azərbaycan torpaqlarının 20 %-ni işğal edib. Bir milyondan çox insanımız qaçqın düşüb. Beynəlxalq təşkilatların verdiyi qərarlara məhəl qoymayan Ermənistana sanksiya tətbiq olunmur. Bu artıq ikili standartdır”, - İlham Əliyev bildirib.

Prezident həmçinin Myanmanın Arakan bölgəsində müsəlman zülmünü şiddətlə qınadığını deyərək, vəziyyətin pisləşməsinin qarşısını almaq üçün beynəlxalq qurumları işə qarışmağa çağırıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.