Sevil Əliyevanın doğum günüdür - 62 yaş

Sevil Əliyevanın doğum günüdür - 62 yaş
12.10.2017 11:51
Ölkə 85
A- A+

Bu gün “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar Sevil Əliyevanın doğum günüdür. Onun 62 yaşı tamam olur.

Pronews.Az  məlumatına görə, ümumilli lider Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alan Sevil Əliyeva, daha sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.
Sevil Əliyeva tarix elmləri namizədidir və 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. O, bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı, 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Ze qaleri of Sevil" musiqi albomu təqdim olunub.

Hazırda Londonda yaşayan Sevil Əliyeva ailəlidir və 3 övladı var. Onun böyük oğlu Giraf idmanla məşğuldur. O, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycanı təmsil edib və V yeri tutub.

Kiçik oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Feferasiyasnın vitse-prezidentidir.

Qeyd edək ki, Sevil Əliyevanın mərhum anasının adını daşıyan Zərifə adlı qızı da var.

 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.