Poçt işçilərinin peşə bayramıdır – 9 oktyabr

Poçt işçilərinin peşə bayramıdır – 9 oktyabr
09.10.2017 11:37
Ölkə 39
A- A+

Bu gün bütün dünyada poçt işçilərinin peşə bayramı kimi qeyd edilir.

Pronews.Az  məlumatına görə, bu günün poçt işçilərinin peşə bayramı kimi qeyd edilməsi Dünya Poçt İttifaqının (DPİ) yaranması ilə başlayıb. DPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İçveçrənin Bern şəhərində keçirilən beynəlxalq poçt konqresində imzalanıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə DPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Dünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən DPİ-nin üzvüdür.

Azərbaycan ərazisində ilk poçt rabitəsi 1818-ci il iyunun 1-də yaradılıb. 2002-ci ildə poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib və istifadə üçün poçt rabitəsi müəssisələrinə göndərilib. 2016-cı ildə isə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” yenidən işlənib, müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib və istifadə üçün poçt müəssisələrinə göndərilib.

Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Ancaq bundan əlavə, respublikada milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatorları vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.