İlham Əliyev Vladimir Putinlə görüşəcək

İlham Əliyev Vladimir Putinlə görüşəcək
10.10.2017 08:12
Ölkə 86
A- A+

Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitində Rusiya lideri Vladimir Putinlə görüşəcək. Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Pronews.Az  verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, görüşlər oktyabrın 11-də Soçidə MDB ölkələri rəhbərlərinin Şurası və Avrasiya İqtisadi Ali Şurası çərçivəsində baş tutacaq. Uşakovun sözlərinə görə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəyini təsdiqləyiblər.

Qırğızıstana gəldikdə isə bu ölkə toplantıda baş nazir səviyyəsində təmsil olunacaq. Çünki ölkə prezidenti Almazbek Atambayev prezident seçkilərinə hazırlıqla məşğuldur.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.