Bakıda uşağa 5 it hücum etdi – Şoka düşdü…

Bakıda uşağa 5 it hücum etdi – Şoka düşdü…
05.10.2017 20:38
Ölkə 36
A- A+

Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.

Pronews.Az  xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.

4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.

İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.