Bakıda gecə klubunda qətl törədən şəxsə ağır cəza istənildi

Bakıda gecə klubunda qətl törədən şəxsə ağır cəza istənildi
21.09.2017 03:49
Ölkə 12
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini bıçaqlayaraq, qətlə yetirməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Pronews.Az Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında V.İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham olunub.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR