ABŞ Azərbaycanda iqtisadi jurnalistika sahəsində təlim keçib

ABŞ Azərbaycanda iqtisadi jurnalistika sahəsində təlim keçib
05.10.2017 21:39
Ölkə 18
A- A+

BŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif xəbər agentliklərini və nəşrləri təmsil edən 10 azərbaycan jurnalisti üçün iqtisadi jurnalistika sahəsində təlim təşkil edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən  Pronews.Az  verilən məlumata görə, tədbirin məqsədi jurnalistlərə yerli və beynəlxalq iqtisadi məlumat bazalarından istifadə, iqtisadi məlumatların yoxlanması, habelə asan oxunan və rəqəmlərə əsaslanan məqalə və reportajların hazırlanması sahəsində təlim keçmək olub.
USAID ABŞ-da, regional, qlobal və ya ölkə daxilində təlimlər, seminarlar və konfranslar vasitəsilə bütün dünyada mediya proqramlarına dəstək göstərir. Bütün bunlar azad və açıq demokratik cəmiyyət üçün fundamental olan azad mətbuata dəstək, habelə jurnalist etikası və peşəkarlığının təşviqi sahəsində ABŞ səylərinin bir hissəsidir.

Son 25 il ərzində ABŞ hökuməti məlumat əlçatanlığının təkmilləşdirilməsi və jurnalistlərin peşəkar bacarıqlarının artırılması sahəsində bir çox layihələrdə Azərbaycan hökumətilə sıx əməkdaşlıq edib. Bunlar arasında kənd yerlərində vətəndaşların internetə çıxışının təmin edilməsi, habelə peşəkar jurnalistika və jurnalist etikası sahəsində təlimləri göstərmək olar.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.