Azərbaycan dünyanın ən güclü ordularının reytinqində - Ermənistan geridədir

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində - Ermənistan geridədir
29.08.2017 02:55
A- A+

Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir.

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə “Global Fire Power” portalının hesabatında deyilir.

Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb.

Hesabat tərtib olunarkən yalnız silahların sayı deyil, həmçinin onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu və digər faktorlar əsas götürülüb. Coğrafi yerləşmə, ölkənin təbii resursları da reytinqin nəticələrinə təsir edib.

Ümumilikdə reytinqdə 133 ölkə yer alıb.

İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir qərarlaşıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.