Misir ehramlarının tikintisinin sirri açıqlanıb

Misir ehramlarının tikintisinin sirri açıqlanıb
25.09.2017 19:55
A- A+

Amerikalı arxeoloq Mark Lenerin başçılıq etdiyi bir qrup tədqiqatçı Xeops ehramının tikintisini təsvir edən qədim papirus aşkarlayıb. Sənəddə misirlilərin çəkisi 2,5 ton olan qranit və əhəngdaşı bloklarını 800 kilometr məsafəyə necə daşımaları açıqlanıb.

PRONEWS.AZ-ın xəbərinə görə, bu barədə Daily Mail nəşri yazır.

40 işçisi olan yazının müəllifi qeyd edir ki, misirlilər Nil çayından Giza ərazisinə süni kanallar çəkiblər. İnşaatçılar kəndirlərlə birləşdirilən qayıqlardan istifadə edərək blokları kanallar vasitəsi ilə ehramların tikildiyi yerə çatdırırdılar. 

Papirusdan əlavə həmçinin Xeops fironunun ölümdən sonrakı dünyada hakimiyyətinin rəmzi sayılan mərasim qayığının qalıqları da tapılıb. Üçölçülü lazer skanı vasitəsi ilə taxtaların bir-birinə kəndirlə bərkidildiyi müəyyən edilib.

Ehramların daxili kameraları üçün qranit Gizadan 860 kilometr cənubda Ausanda, əhəngdaşı isə tikinti yerindən 12 kilometr aralıda - Turada çıxarılırdı. 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.