Bu dəfə polis iti silaha əl atıb

Bu dəfə polis iti silaha  əl  atıb
01.10.2017 01:00
A- A+

Kanadada polis iti cinayətkarı izləyən zaman tapançadan atəş açıb.

PRONEWS.AZ-a  “Qafqazinfo” xəbər verir ki, bu barədə CTV News məlumat yayıb.

İnsident Kalqari şəhəri yaxınlığında baş verib. Polis hücum baş verən mağazaya çağırışa gəlib. İki şübhəli hadisə yerindən qaçıb. Bu zaman polis iti şübhəlilərin izi ilə gedib. Dördayaqlı qanun keşikçisi kolluğa girib, bir qədər sonra oradan atəş səsi eşidilib.

“Polis it kolların içində tapança aşkar edib. Tapançanı götürmək istəyən zaman atəş açılıb”,-deyə polisin yaydığı məlumatda bildirilir.

Hadisə zamanı heç kim xəsarət almayıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.