Rusiya serialı Ginnesin Rekordlar Kitabına düşdü

Rusiya serialı Ginnesin Rekordlar Kitabına düşdü
02.10.2017 17:02
A- A+

Rusiya istehsalı olan “Voroninı” serialı dünyanın ən uzunmüddətli televiziya layihəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Pronews.Az  xəbər verir ki, Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi serialda 455 epizodu qeydə alıb.

“Voroninı” - 13 sentyabr 1996-cı ildən 16 may 2005-ci ildək “CBS” telekanalında yayımlanan “Hər kəs Reymondu sevir” Amerika sitkomuna (situasiya komediyası) uyğunlaşdırılaraq, lentə alınıb. Rusiya versiyasının premyerası 2009-cu ildə baş tutub və  bugündək yayımlanır. Avqustun sonunda “CTC” kanalı serialın 20-ci mövsümünü təqdim edib.

Sitkom adi bir ailənin sərgüzəştləri haqqındadır. Əsas rolları Qeorqiy Dronov, Yekaterina Volkova, Stanislav Dujnikov, Anna Frolovtseva və Boris Klyuev canlandırırlar.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.