“Qız qalası” VII beynəlxalq incəsənət festivalı başa çatdı

“Qız qalası” VII beynəlxalq incəsənət festivalı başa çatdı
26.09.2017 15:49
A- A+

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən “Qız qalası” VII beynəlxalq incəsənət festivalı başa çatıb.

Pronews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda gənc rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri və Vüsalə Ağarzayeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyiblər. Eyni zamanda, gənc rəssamlar festivalda iştirak edən Xətai rayonu 3, Nizami rayonu 2, Suraxanı rayonu 1 nömrəli respublika xüsusi internat məktəbinin şagirdlərinə, eləcə də, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarına da Qız qalası maketini bəzəməkdə kömək ediblər. Festivalda bənzərsiz sənət əsərlərinə çevrilən 10 Qız qalası maketi şəhərimizin müxtəlif yerlərində sərgilənəcək.

Qeyd edək ki, 2010-cu ildən keçirilən və artıq yeddinci dəfə reallaşan festival ənənəvi olaraq bu il də sentyabrın 22-24-də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.