Sentyabrın 30-a olan hava proqnozu

Sentyabrın 30-a olan hava proqnozu
29.09.2017 13:56
Hava 52
A- A+

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Pronews.Az verilən məlumata görə, havanın temperaturunun gecə  12-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə  9-14°, gündüz  16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.