Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
01.10.2017 13:36
Hava 56
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Pronews.Az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.