Azərbaycanda havanın temperaturu tədricən yüksələcək – PROQNOZ

Azərbaycanda havanın temperaturu tədricən yüksələcək – PROQNOZ
05.10.2017 11:29
Hava 42
A- A+

“Növbəti üç gündə Azərbaycanda havanın temperaturu tədricən yüksələcək”.

Pronews.Az  məlumatına görə, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib: “Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Bəzi rayonlarda çiskin müşahidə oluna bilər. Amma hava şəraiti gün ərzində yağmursuz olacaq”.

 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.