Azərbaycanda havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ

Azərbaycanda havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
04.10.2017 12:40
Hava 86
A- A+

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.

ETSN-dən Pronews.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12°, gündüz  15-17° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək  - 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə  8-13°, gündüz  14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.