Azərbaycana güclü qar yağdı, bəzi dağ kəndləri işıqsız qaldı

Azərbaycana güclü qar yağdı, bəzi dağ kəndləri işıqsız qaldı
03.10.2017 12:58
Hava 53
A- A+

Quba rayonun bəzi dağlıq kəndləri yenidən ağ örpəyə bürünüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin öncədən xəbərdarlıq etdiyi kimi, dağlıq ərazilərdə yağan sulu qar qara çevrilib. 

pronews.az İstipress-ə istinadən xəbər verir ki, ən çox qar yağan ərazi isə Qubanın Xınalıq kəndi olub. Axşam saatlarından başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.

Kənd sakinlərinin verdikləri məlumata görə, qar yağışı artıq fəsadlarını göstərməyə başlayıb. Belə ki, axşam saatlarından başlayaraq, elektrik enerjisinin verilməsində problem yaranıb. Hazırda isə Xınalıqla yanaşı, ətraf bəzi kəndlərdə də işıq yoxdur.

"Azərişıq" QSC-nin Quba rayon şöbəsinə məlumat verilib və artıq enerjinin verilməsi üçün briqada işə başlayıb.

Qar hələlik Quba-Xınalıq yolunda problem yaratmayıb. 

 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.