Vahid Ələkbərov neftin qiymətindən danışdı: Razı deyiləm

Vahid Ələkbərov neftin qiymətindən danışdı: Razı deyiləm
05.10.2017 14:52
A- A+

“LukOil” neft hasilatını azaldaraq, OPEK+ ölkələrinin qərarını dəstəkləyir. 

Pronews.Az xəbər verir ki, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

O bildirib ki, bu, Rusiya tarixində ilk dəfə baş verir: "Lakin hasilatın azaldılması ilə bağlı qərarın qüvvədə olma tarixi başa çatdıqda,  müddət yenidən uzadılmamalıdır. Beləliklə, qlobal neft tədarükünün pozulmaması təmin edilir. Neftin qiymətinin yüksəlməsi, aşağı düşməsi kimi narahatlıqlar yaradır. Mən neftin qiymətinin 60-70 dollar/barel diapazonunda olmasının tərəfdarı deyiləm. Bu, 2014-cü ildəki vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Buna görə də zamanında anlaşmaya girdiyimiz kimi, zamanında da yumşaq şəkildə çıxmalıyıq ki, bazarda neft qıtlığı yaranmasın".


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.