Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı açıqlanıb

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı açıqlanıb
09.10.2017 16:17
A- A+

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı yerləşdirilib. 

Pronews.Az nazirliyə istinadən xəbər verir ki,  bu ilin əvvəlindən etibarən vergi orqanlarına partnyor ödəyici statusunun alınması üçün müraciət edən və yaxud təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 454 (o cümlədən, Bakı şəhəri üzrə 200) vergi ödəyicisinə “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildirişlər təqdim olunub. 

Partnyor vergi ödəyicilərinin növbədənkənar qəbulu üçün Respublika üzrə 52 xidmət mərkəzinin növbə terminalının proqram təminatında sürətli keçid üçün “Yaşıl dəhliz” adında seçim imkanı yaradılıb və bu sahədə işlər davam etdirilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.