Neftimizin qiyməti ucuzlaşdı

Neftimizin qiyməti ucuzlaşdı
21.09.2017 01:56
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 54,55 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,15 dollar/barel azdır. 

Pronews.az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 53,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 4-də 50,36 dollar/barel təşkil edib ki, trendə görə, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 4-də 52,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.