Bank rəhbəri: "Bitcoin" "fırıldaqçılıq"dır

Bank rəhbəri: "Bitcoin" "fırıldaqçılıq"dır
13.09.2017 15:15
A- A+

"JPMorgan Chase & Co" nun rəhbəri CEO Ceyms Daymon "Bitcoin" alan hər hansı əməkdaşını işdən çıxardığını açıqlayıb. 

Pronews.Az xəbər verir ki, Nyu Yorkda keçirilən konfransda çıxış edən Ceyms Daymon kriptovalyutaların sonunun yaxşı olmayacağını deyib.

Onun sözlərinə görə, "Bitcoin"  "fırıldaqçılıq"dır: "Əgər hər hansı JPMorgan traderi "Bitcoin" əməliyyatında iştirak edərsə, bir saniyə belə düşünmədən onu işdən çıxaracam. "Bitcoin" bizim qaydalarımıza ziddir. "Bitcoin" ətrafında yaranmış ajiotaj XVII əsrdəki "zanbaq maniyası"ndan da pisdir".


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.