UEFA prezidentindən PSJ-yə – SƏRT MESAJ

UEFA prezidentindən PSJ-yə – SƏRT MESAJ
11.09.2017 19:40
İdman 23
A- A+

UEFA prezidenti Aleksander Çeferin bəyan edib ki, Fransanın PSJ klubunun “fair play” maliyyə qaydalarını pozması sübut olunsa, komanda cəzalanacaq.

Pronews.Az oxu.az istinadən xəbər verir ki , onun sözlərini L'Equipe nəşri sitat gətirir.

“Əgər PSJ-nin qaydaları pozması sübut olunsa, mən klubu avrokuboklardan kənarlaşdıracam. Biz PSJ-ni cəzalandırmağa qorxmuruq. Heç kim qanundan üstün ola bilməz”, - Çeferin deyib.

Xatırladaq ki, sentyabrın 1-də UEFA Fransa klubuna qarşı araşdırmaya başlayıb. Təşkilat nümayəndələrində şübhələri klubun yay transfer pəncərəsində Neymar və Mpappeni heyətinə qatması yaradıb. 

Paris təmsilçisi braziliyalı futbolçuya görə “Barselona”ya 222 milyon avro ödəyib. “Monako”dan isə Kilian Mbappe sonradan satınalma şərti ilə icarəyə götürülüb. Hücumçuya görə PSJ “Monako”ya 180 milyon avro ödəyəcək.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.