Ronaldinyo karyerası ilə bağlı qərar verməyə hazırlaşır

Ronaldinyo karyerası ilə bağlı qərar verməyə hazırlaşır
03.10.2017 12:45
İdman 21
A- A+

Məşhur futbolçu Ronaldinyo futzal üzrə Braziliya yığmasının heyətinə daxil edilə bilər.

Pronews.Az bu barədə APA-ya istinadla xəbər verir.

Məlumata əsasən, sabiq “Milan” və “Barselona” klubunun hücumçusu artıq Braziliya millisinin lideri Falkao ilə komandaya qoşulmasını müzakirə edib. Bundan əvvəl Ronaldinyo Hindistanda futzal yarışlarında gücünü sınayıb. O, 2016-cı ildə Hindistanın futzal üzrə Premyer liqasının “Qoa” komandasında çıxış edib.

Qeyd edək ki, ilin əvvəlində 37 yaşlı Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.