İngiltərə Premyer Liqası "Facebook"da yayımlana bilər

İngiltərə Premyer Liqası "Facebook"da yayımlana bilər
05.10.2017 14:55
İdman 32
A- A+

"Facebook" İngiltərə Premyer Liqasının teleyayım hüququnu almaq niyyətindədir.

Pronews.Az APA-ya istinadən xəbər verir ki, bunu sosial şəbəkənin idman şöbəsinin müdiri Den Rid deyib.

O bildirib ki, gələn il keçiriləcək tenderdə iştirak etmək fikrindədirlər. 2015-ci ildəki tenderdə “Sky” və “BT Sport” qalib gəlmiş, rekord məbləğdə - 7,8 milyard dollar gəlir əldə edilmişdi. "Facebook" növbəti tenderdə rəqiblərini üstələyərsə, 2019-cu ildən etibarən növbəti Premyer Liqa matçlarının inernet vasitəsilə yayım hüququna malik olacaq.

Qeyd edək ki, "Facebook" bu ilin yanvarından bəri 3500-dən çox idman hadisəsini yayımlayıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.