FİFA Almaniyanı nasist şüarlarına görə cərimələdi

FİFA Almaniyanı nasist şüarlarına görə cərimələdi
02.10.2017 23:50
İdman 28
A- A+

Beynəlxalq Futbol Federasiyası (FİFA) Almaniya Futbol İttifaqını DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Çexiya – Almaniya matçında baş verənlərə görə cərimələyib.

Pronews.Az verir ki, almanların 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşma zamanı qonaq komandanın azarkeşləri nasist şüarlar səsləndiriblər və oyundan əvvəl bir dəqiqəlik sükutu pozublar.

Cərimənin məbləği 32 min İsveçrə frankı təşkil edib.

Təhlükəsizliyi təmin edə bilməyən Çexiya Futbol Federasiyası barədə də araşdırma aparılır.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya və Çexiya millimizlə eyni qrupda mübarizə aparır. Millimiz növbəti oyununu oktyabrın 4-də Bakıda Çexiya yığmasına qarşı keçirəcək.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.