Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçları keçiriləcək

Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçları keçiriləcək
13.09.2017 09:09
İdman 27
A- A+

Futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçiriləcək.

Pronews.Az  xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunda yer alan komandalar üz-üzə gələcək.

Turnirin son qalibi “Real Madrid” yeni mövsümə APOEL-ə qarşı ev oyunu ilə başlayacaq. Yarışın favoritlərindən sayılan “Mançester Siti” “Feyenoord”un qonağı olacaq.

Günün mərkəzi görüşü İngiltərədə baş tutacaq. Burada “Liverpul” “Sevilya”nı qəbul edəcək. Türkiyə təmsilçisi “Beşiktaş” isə səfərdə “Portu” ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

13 sentyabr

E qrupu

22:45. “Maribor” (Sloveniya) – “Spartak” (Moskva, Rusiya)

22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya)

F qrupu

22:45. “Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)

22:45. “Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya)

G qrupu

22:45. “Leyptsiq” (Almaniya) – “Monako” (Fransa)

22:45. “Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)

H qrupu

22:45. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

22:45. “Real Madrid” (İspaniya) – APOEL (Kipr)


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.