İspaniya yığmasının azarkeşləri Kataloniyanın ölkədən ayrılmasını dəstəkləyən “Barselona”nın müdafiəçisi Jerar Pikeni təhqir ediblər.
Pronews.Az-ın xəbərinə görə, fanatlar açıq məşqə “Pike, əclaf, millidən rədd ol” və “Pike– out” pan-kartları ilə gəliblər .
Məşq prosesi 23 dəqiqədən sonra yarımçıq dayandırılıb.
Qeyd edək ki, futbolçu bundan əvvəl İspaniya Kataloniya referendumunda səs verərək bildirib ki, İspaniya millisini DÇ-2018-ə qədər tərk etməyə hazır olduğunu bildirib.