Azərbaycanın tanınmış hakimi Avropa Liqasına təyinat aldı

Azərbaycanın tanınmış hakimi Avropa Liqasına təyinat aldı
11.09.2017 19:28
İdman 11
A- A+

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş" (Portuqaliya) - "Zalsburg" (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Pronews.Az goal.az-a istinadən xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də "Afonso Henriques" stadionunda keçiriləcək.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR