Azərbaycanda yeni federasiya yaradılır

Azərbaycanda yeni federasiya yaradılır
05.10.2017 14:31
İdman 36
A- A+

Azərbaycan Dünya Boks Şurasının (WBC) sayca 166-cı üzvü seçildi.

Pronews.Az  xəbər verir ki, bunu WBC-nin prezidenti Maurisio Süleymanjurnalistlərə açıqlamasında deyib.

O, ölkəmizi bu təşkilata üzv seçilməsi münasibətilə təbrik edib. M.Süleyman Azərbaycanın Dünya Boks Şurasının 55-ci konvensiyasına ev sahibliyi etməsinə görə ölkə prezidentinə təşəkkür edib: “İlham Əliyevlə söhbət zamanı onda idmana olan marağı gördüm. Bu, ölkədə idmanın inkişafı üçün müsbət təsir göstərəcək”.

Daha sonra o bildirib ki, yaxın zamanlarda Azərbaycanda WBC üzrə peşəkar Boks Federasiyası yaradılacaq.

Bundan başqa, Azərbaycanda WBC kəməri uğrunda döyüşlərin keçirilməsi planlaşdırılır. Bununla bağlı promouterlərlə danışıqlara başlanılıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.