“Atletiko” kataloniyalı azarkeşləri stadiona buraxmayacaq

“Atletiko” kataloniyalı azarkeşləri stadiona buraxmayacaq
05.10.2017 14:49
İdman 83
A- A+

İspaniya La Liqasında 14 oktyabrda keçiriləcək “Atletiko” – “Barselona” matçı öncəsi Madrid təmsilçisi gözlənilməz qərar alıb.

Pronews.Az xəbər verir ki, bu barədə Qafqazinfo xarici KİV-ə istinadən məlumat verir. 

Məlumata əsasən, klub rəhbərliyi “Barselona” azarkeşləri üçün nəzərdə tutulan biletlərin satışa çıxarılmayacağını açıqlayıb.

Klubun yeni stadionu “Vanda Metropolitano” istiqamətində nəqliyyat probleminin olması bu qərarın verilməsinə səbəb olub.

Qeyd edək ki, 1 oktyabrda Kataloniyada referendum keçirildikdən sonra ölkədə bir çox sahədə olduğu kimi, idmanda da böhran yaşanmağa başlayıb. Belə ki, Kataloniya təmsilçisi “Barselona”nın La Liqadan çıxma ehtimalı var.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.