Uqandada quraqlığa görə insanları qurban gətirirlər

Uqandada quraqlığa görə insanları qurban gətirirlər
27.09.2017 20:00
Dünya 21
A- A+

Uqanda hökuməti bəyan edib ki, quraqlıq ölkədə insanların qurban gətirilməsi hallarını artırıb.

Pronews.Az-ın xəbərinə görə, bu barədə FOX News telekanalı məlumat yayıb.

Sentyabr ayında ritual qətllərdə şübhəli bilinən 44 nəfər həbs olunub. Onlardan biri səkkiz qadını öldürdüyünü etiraf edib. 

“Bu ritual qətllərdir. Digər şübhəli şəxslərin saxlanılması və bu ənənəyə son qoyulması üçün əlimizdən gələni edirik”, - polis generalı Keyl Kayihura deyib.

Qeyd edək ki, Uqandada insan qurban gətirilərkən onun bədəni hissələrə bölünür və damarlarından qan boşaldılır.

Şərqi Afrika son 50 il ərzində ən güclü quraqlıq dövrünü yaşayır. 1,6 milyon Uqanda sakini aclıqla üzləşib. Bu səbəbdən yerli kahinlər insanları tanrılara qurban gətirməyə çağırırlar.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.