Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina etdi

Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina etdi
09.10.2017 16:16
Dünya 40
A- A+

Türkiyənin ədliyyə naziri Abdulhami Gül ABŞ-ın Ankaradakı səfiri Con Bassla görüşməkdən imtina edib.

Pronews.Az-ın xəbərinə əsasən, bu barədə Report "Haber7"-yə istinadən məlumat verir. 

Məlumata əsasən, görüş təklifini səfir verib, amma nazir bununla razılaşmayıb. 

Xatırladaq ki, Ankarada səlahiyyət müddəti başa çatmış səfir Con Bass ötən həftənin sonunda Türkiyə hökumətinə qarşı bir sıra ittihamlar səsləndirmişdi. 

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatdan ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib. 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.