Türkiyə İdlibə daxil olub

Türkiyə İdlibə daxil olub
09.10.2017 15:44
Dünya 60
A- A+

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədini keçərək, İdlib əyalətinə daxil olub.

Pronews.Az TASS-a  istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə yerləşdirilib. 

Onlar Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq İdlibə giriblər. 

Ərazi Astanada baş tutan altıncı görüşdə “münaqişəsiz” bölgə elan edilib.

Məlumata görə, üç təminatçı dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcək. 

Onların əsas vəzifələri Bəşər Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır.

Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.