Tarixin ən böyük "Bombardier" sifarişi

Tarixin ən böyük "Bombardier" sifarişi
03.10.2017 13:39
Dünya 36
A- A+

"Bombardier"in fevral ayında keçirilmiş Sinqapur Airshowda ilk dəfə nümayiş etdirdiyi pərvanə gücü ilə hərəkət edən Q400 modelinə böyük sifariş qəbul edib.


 
PRONEWS.AZ  xəbər verir ki, Hindistanda fəaliyyət göstərən aşağı büdcəli hava yolu şirkəti "SpiceJet", düz 50 ədəd təyyarə sifariş verib. Bu ən böyük Q400 alışı sifarişidir.

 

Ümumi dəyəri 1.7 milyard dollar olması gözlənilən sifarişlə "Spicejet", 90 yerlik turboprop təyyarələri istifadə edəcək ilk hava yolu şirkəti olacaq.


 
"SpiceJet"in bu sifarişi ilə, Kanadanın "Bombardier" şirkətinin aldığı cəmi Q400 sifarişi 610 təyyarə olub.


 
Ölkə daxilində və beynəlxalq bazara genişlənmək istəyən "SpiceJet" isə orta hesabla 35 milyon dollar qiyməti  olan 90 yerlik Q400 modeli ilə, Asiya - Sakit Okean bölgəsində artan tələbatı ödəməyə çalışacaq.  
 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.