Suriyada 11 dinc sakin həlak odu

Suriyada 11 dinc sakin həlak odu
21.09.2017 03:49
Dünya 16
A- A+

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın İŞİD-in nəzarəti altında olan Rakkaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub.

Pronews.Az Report-a istinadən xəbər verir ki, bu barədə Suriyanın hüquq müdafiəçiləri məlumat veriblər.

Hüquq müdafiəçilərinin məlumatına görə, koalisiya zərbəni səhər saatlarında endirib.

BMT-nin Suriyada humanitar vəziyyət üzrə müşaviri Yan Eqeland öz bəyanatında 20 mindən çox dinc sakinin təxliyyə edilməsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Rakka ərazisinin bombardmanını dayandırmağa çağırıb.

BMT-nin Beynəlxalq Müstəqil Təhqiqat Komissiyası da öz növbəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bombardmanları nəticəsində dinc sakinlərin həlak olmasından narahatlığını ifadə edib.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR